Gəncədə dezinfeksiya işləri aparılıb - FOTO

Gəncədə dezinfeksiya işləri aparılıb - FOTO
# 28 avqust 2021 13:48 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər davam edir.

APA-nın xəbərinə görə, son günlər ölkə ərazisində xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq, bu gün səhər saatlarından başlayaraq təsdiq olunmuş qrafikə əsasən, Gəncədə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.

Dezinfeksiya işlərinə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnikası və xüsusi təlim keçmiş əməkdaşları cəlb olunub. Mərkəzi küçələrlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrdə də xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.

Eyni zamanda, MKTİB-nin əməkdaşları yaşayış binalarında, lift kabinələrində, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında və dayanacaqlarda da tibbi-profilaktik tədbirləri həyata keçirirlər.

Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərdən bir daha xahiş edir ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün vaksin olunsunlar, o cümlədən tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR