Gəncədə şəhid ailələri ziyarət olunub

Gəncədə şəhid ailələri ziyarət olunub

© APA | Gəncədə şəhid ailələri ziyarət olunub

# 17 sentyabr 2021 19:32 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, şəhərdə Vətən müharibəsi zamanı şəhid olan, eyni zamanda, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin ailələri növbəti dəfə ziyarət olunub.

APA-nın yerli bürosunun məlumatına görə, görüş Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşlarının, Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami Bələdiyyələrinin sədrlərinin, şəhərdə fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilib.

Ziyarət zamanı şəhid ailələrinin sosial problemləri öyrənilib, onların müraciət və qayğıları dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq işlər görülüb.

Şəhid ailələri isə öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR