Gəncədə şəhid mədəniyyət işçisinin barelyefinin açılışı olub - VİDEO - YENİLƏNİB

Gəncədə şəhid Hikmət Məmmədovun barelyefinin açılışı

© APA | Gəncədə şəhid Hikmət Məmmədovun barelyefinin açılışı

# 15 iyul 2021 14:20 (UTC +04:00)

Gəncədə Cavad Xan qəsəbəsində Nizami Məqbərəsinin bələdçisi şəhid Hikmət Məmmədovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçrilən tədbirdə idarənin rəisi Vasif Cənnətov, mədəniyyət işçiləri, şəhidin ailə üzvləri və şəhər ictimaiyyəti iştirak edib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bildirib ki, şəhid mədəniyyət işçisinin xatirəsinin əbədiləşdirilməsi üçün bütün lazımi tədbirlər görülüb.

Daha sonra çıxış edənlər şəhid Hikmət Məmmədovla bağlı xatirələrini danışaraq, ona Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, Hikmət Məmmədov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü gedib. Oktyabrın 12-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 14-də - doğum günündə Gəncənin Şəhidlər xiyabanında dəfn edilib. Ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərinə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR