Gəncədə su borusu partlayıb, bir neçə evi su basıb - FOTO - VİDEO - YENİLƏNİB

Gəncədə su borusu partlayıb, bir neçə evi su basıb - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 06 avqust 2021 06:52 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


21:13

Gəncədə su borusu partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Su borusunun partlaması nəticəsində yolu su basıb, avtomobillərin hərəkətində çətinlik yaranıb. Bundan əlavə, su borusunun partlaması nəticəsində evlərin və binaların zirzəmisinə su dolub. Həmçinin su şəhərin bir neçə küçə və prospektində fəsadlar törədib.

Hadisə yerinə "Azərsu" ASC-nin əməkdaşları cəlb edilib, bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, son bir ayda analoji hadisə Gəncə şəhərində ikinci dəfədir baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR