Gəncədə Türkiyə Respublikasının yaranmasının 98-ci ildönümü qeyd edilib

Gəncədə Türkiyə Respublikasının yaranmasın 98-ci ildönümü qeyd edilib

© APA | Gəncədə Türkiyə Respublikasının yaranmasın 98-ci ildönümü qeyd edilib

# 29 oktyabr 2021 17:43 (UTC +04:00)

Gəncədə Türkiyə Respublikasının yaranmasın 98-ci ildönümü qeyd edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Məhsəti Gəncəvi Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk və şəhər ictimaiyyəti iştirak edib.

Əvvəlcə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Zəki Öztürk Rəcəb Tayyib Erdoğanın cümhuriyyətin yaranmasının 98-ci ildönümü münasibətilə təbrikini oxuyub.

Zəki Öztürk Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Tədbirdə çıxış edənlər Türkiyə Respublikasının 98-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından qardaş Türkiyə xalqını və dövlətini təbrik edib, Türkiyəyə davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR