Gəncədə Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub- FOTO - YENİLƏNİB

Gəncədə Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub

© APA | Gəncədə Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub

# 27 sentyabr 2021 11:16 (UTC +04:00)

Gəncədə Şəhidlər xiyabanında Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, anım mərasimində müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı, general-mayor Ənvər Əfəndiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Zeki Öztürk, Nikolos İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhər İH başçısı Niyazi Bayramov Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyub.

***

10.09

Gəncədə Vətən müharibəsinin başlanmasının ildönümü ilə bağlı anım tədbiri keçrilib.

APA-nın yerli bürosunun məlumatına görə, anım mərasimi şəhərin Heydər Əliyev meydanında keçirilib.

Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı, general-mayor Ənvər Əfəndiyev, millət vəkiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

İlk olaraq Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsi ziyarət olunub. Daha sonra Gəncə Şəhidlər xiyababı ziyarət ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR