Gənclər və İdman Nazirliyi: Azərbaycanda narkotik istifadəçilərinin yaşı azalır

Gənclər və İdman Nazirliyi: Azərbaycanda narkotik istifadəçilərinin yaşı azalır
# 30 noyabr 2021 12:51 (UTC +04:00)

“Respublikada 40-dan çox olimpiya idman kompleksi mövcuddur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova deyib.

O bildirib ki, gənclərə bu komplekslərdə olimpiya idman növlərindən istifadə etmək pulsuzdur: “Son dövrlərdə Azərbaycanda narkotikdən istifadə edənlərin yaşı azalır. Daha çox yeniyetmələr istifadə edir”.

N. Aslanbəyovanın sözlərinə görə, tütündən istifadə də yeniyetmələr arasında daha da çoxalıb: “Köşklərdə yeniyetmələrə siqaretlər satılır. Halbuki “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, həmin şəxslər məsuliyyətə cəlb edilməlidir. Qanunda olan maddələr işləmir. Qanunun tələblərinə riayət olunmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR