Göyçayda kiflənmiş kolbasa məhsulları aşkarlanıb

Göyçayda kiflənmiş kolbasa məhsulları aşkarlanıb
# 13 oktyabr 2021 13:11 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Qurbanov Etibar Əlipaşa oğluna məxsus qida məhsullarının saxlanıldığı anbarda keçirilən baxış zamanı istifadə müddəti bitmiş, kif və göbələklərlə sirayətlənmiş, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan ümumi çəkisi 180 kq müxtəlif növ kolbasa məhsulları aşkar edilib.

AQTA-dan APA-ya verilən məlumata görə, aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR