Göyçayda toy təşkilatçısı cərimələnib

Göyçayda toy təşkilatçısı cərimələnib
# 16 oktyabr 2021 12:50 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı toy mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Ləkçıplaq kəndində Müşviq Daşdəmirova məxsus evin həyətində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də iştirakçılardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar M.Daşdəmirov barəsində inzibati tənbeh tədbiri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR