Göygöldə toyda pandemiya dövrünün tələbləri pozulub

Göygöldə şənlik mərasimində karantin qaydaları pozulub

© APA | Göygöldə şənlik mərasimində karantin qaydaları pozulub

# 27 iyul 2021 12:13 (UTC +04:00)

İyulun 26-da Göygöl rayonu, Quşqara kəndi ərazisində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elnur Fərrux oğluna məxsus "Sərin" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 12 nəfərdən artıq şəxsin əyləşdiyi aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR