Güclü külək Ağdam və Tərtərin elektrik təchizatında problem yaradıb

Güclü külək Ağdam və Tərtərin elektrik təchizatında problem yaradıb
# 25 oktyabr 2021 21:44 (UTC +04:00)

Ağdam və Tərtər ərazisində axşam saatlarından etibarən başlayan güclü külək elektrik enerjisinin verilməsində problem yaradıb.

Ağdam Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından APA-ya verilən xəbərə görə, naqillərin qırılması bəzi yaşayış məntəqələrinə elektrik enerjisi təchizatının dayanmasına səbəb olub.

Küləyin sürətinin artması səbəbindən yarana biləcək fəsadların qarşısını almaq üçün bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR