Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ
# 30 may 2021 11:56 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sabah gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən APA-ya verilən məlumata görə, mayın 31-i gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 31-də qərb küləyinin ayrı-ayrı rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR