Gürcüstanda yerli özünüidarəetmə seçkilərində səslərin 99,97 faizini hesablanıb.

Gürcüstanda yerli özünüidarəetmə seçkilərində səslərin 99,97 faizini hesablanıb.
# 04 oktyabr 2021 01:20 (UTC +04:00)

Gürcüstanda yerli özünüidarəetmə seçkilərində səslərin 99,97 faizini hesablanıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komisiyasının (CESKO) məlumatına görə seçkilərin proporsional hissəsində hakim “Gürcü Arzusu” partiyası 46,68 faiz (822 669 səs), ən yaxın rəqibi, müxalif “Vahid Milli Hərəkat” partiyası isə 30,7 faiz (541,069 səs) səs toplayıb.

Sabiq Baş nazir Giorgi Qaxarianın “Gürcüstan üçün” partiyası 7,8% (137 414 səs), "Lelo" partiyası 2,71 faiz (47 836 səs), digər partiyalar isə iki faizdən aşağı səs toplayıb.

Qeyd edək ki, paytaxt Tbilisi də daxil olmaqla, beş böyük şəhərdə mer seçkiləri ikinci tura qalıb. Azərbaycanlıların yığcam yaşadığı Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarında hakim partiyanın qələbə qazandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR