Haaqada Azərbaycan barədə məlumatlandırıcı aksiya keçirilir

Haaqada Azərbaycan barədə məlumatlandırıcı aksiya keçirilir

© APA | Haaqada Azərbaycana dair məlumat yayan tramvay

# 01 iyun 2021 14:47 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə Haaqa şəhərində Azərbaycan barədə məlumatlandırıcı aksiya keçirilir.

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Birliyin sədri Mayisə Ağamirzəyeva qeyd edib ki, mayın 31-dən etibarən Haaqanın mərkəzi hissəsində hərəkət edən 16 nömrəli tramvayın üzərində Azərbaycanın üçrəngli dövlət bayrağının, Bakıdakı İsmailliyə binasının, Qarabağ bölgəsinin füsunkar təbiətinin, Şuşa qalasının fotoşəkilləri yerləşdirilib. Bu marşrut Parlament binası, Sülh sarayı, mərkəzi dəmiryolu vağzalı yerləşən küçələri, yay mövsümündə isə çimərliklərə uzanan yolları da əhatə edir. Karantin qaydalarının yumşaldılması bu ərazidə yerli sakinlərin və turistlərin yenidən izdiham təşkil edəcəyindən xəbər verir. Məlumatlandırıcı aksiya əhalinin və şəhərin qonaqlarının diqqətini Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə və füsunkar təbiətinə cəlb etmək məqsədi daşıyır.

Qeyd edək ki, aksiyanın 3 ay davam etməsi və avqustun 31-də başa çatması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR