Hacıqabul və Astara sakinlərindən odlu silah götürülüb

Hacıqabul və Astara sakinlərindən odlu silah götürülüb
# 22 noyabr 2021 12:47 (UTC +04:00)

Hacıqabul və Astara sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayevdən lüləsi kəsilmiş “İJ-K” markalı tüfəng götürülüb.
Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şiyəkəran kənd sakini A.Eyvazovdan, Ərçivan kənd sakinləri B.Baxşıyevdən və Z.Qəhrəmanovdan qanunsuz saxladıqları “Tula” və “İJ” markalı 3 ədəd ov tüfəngi və 10 ədəd patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR