Hakim olmaq istəyənlər üçün tеst imtаhаnı keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 05 noyabr 2021 15:48 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 170 nəfərdən 1 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edən 169 namizəddən 93 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apelyasiya komissiyası 10-12 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

***

10:34

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən bu gün hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında təşkil olunur.

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR