Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək

Məhkəmə-Hüquq Şurası

© APA | Məhkəmə-Hüquq Şurası

# 17 noyabr 2021 15:18 (UTC +04:00)

Test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən APA-ya bildirib ki, test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahan dekabrın 1-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada əldə edə bilərlər.

İmtahan COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR