Hande Harmancı: "Araşdırmalara görə, Avropa antibiotiklərin yayılması ilə bağlı riskli regiondur"

Hande Harmancı

© APA | Hande Harmancı

# 20 noyabr 2021 10:10 (UTC +04:00)

"Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, Avropa regionunun antibiotiklərin yayılması ilə bağlı riskli region olduğu müəyyən olunub".

APA-nın məlumatına görə, bunu ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə,pandemiya dövründə vəziyyət daha da pisləşib: "Antibiotiklər koronavirus xəstəliyinin qarşını almasa da, Avropada bu dövrdə bu dərmanlardan istifafadə geniş hal alıb. 9 regionda aparılan araşdırmalardan məlum olub ki, əhalinin 79-96 faizi bu dərmanları sadəcə xəstəliyə yoluxmamaq üçün istifadə edib. Həmin insanlar heç koronavirusa yoluxmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR