Hande Harmancı: “Azərbaycan da daha çox sayda vaksin ehtiyatı əldə etməyə çalışır”

Hande Harmancı: “Azərbaycan da daha çox sayda vaksin ehtiyatı əldə etməyə çalışır”
# 16 sentyabr 2021 13:35 (UTC +04:00)

“ÜST COVAX platforması çərçivəsində bütün ölkələrə vaksinlərin paylanması üçün çalışır”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST nümayəndəsi bildirib ki, Azərbaycan da bu platformaya ilk qoşulan ölkədir: “Azərbaycan pul ödəyərək vaksinlər alır. COVAX platforması çərçivəsində Azərbaycan müxtəlif vaksinlər alıb. Pandemiya iki ildir, davam edir. Bu müddətdə bir çox yeni vaksin çıxıb, bundan sonra da çıxmağa davam edəcək. Yeni vaksinlərin də müxtəlif mərhələlərdə olduğu açıqlanır. Azərbaycan hökuməti bu vaksinlərdən də ala bilər, bu, hökumətin qərarıdır. Həm Azərbaycan, həm də bir çox başqa ölkə mümkün olduğu qədər çox sayda vaksin ehtiyatı əldə etməyə çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR