Hande Harmancı: "Pandemiya nəticəsində antibiotiklərin istifadəsi ilə bağlı problem daha da pisləşib"

Hande Harmancı

© APA | Hande Harmancı

# 23 noyabr 2021 11:37 (UTC +04:00)

“2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatına rekord sayda - 3 milyondan çox laboratoriya şəraitində təsdiqlənmiş infeksiyaya yoluxma halı və onların antimikrop preparatlara qarşı davamlılığı barədə məlumatlar daxil olub”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş dəyirmi masada deyib. O bildirib ki, ÜST dünyada qlobal antimikrop preparatlara davamlılıq üzrə nəzarət sistemi yaradılmasını təmin edib: “Bu sistem hazırda antimikrop preparatlara qarşı daha geniş nəzarət mexanizmi həyata keçirir. Sistem qlobal səviyyədə antimikrob preparatların istehlakının ölçülməsi və hesabatını davamlı olaraq təkmilləşdirir. Antibiotiklərin individual və səhiyyə müəssisələrində istifadəsi ilə bağlı problem COVID-19 pandemiyası nəticəsində daha da pisləşib. Antibiotiklərin COVID-19 infeksiyasını müalicə etməməsinə və qarşısını almamasına baxmayaraq, pandemiya dövründə antibiotiklərdən istifadə daha da artıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR