Hande Harmancı: "Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik"

Hande Harmancı

© APA | Hande Harmancı

# 12 oktyabr 2021 16:08 (UTC +04:00)

“Bilirik ki, sentyabrdan etibarən yoluxma sayları azaldı. İkinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Azərbaycan əhalisinə təşəkkür edirəm. Bunlara görə daha rahat şəkildə, sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar ölkəyə gətirilib: “Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR