Hazırda paytaxt yollarında sıxlıq müşahidə olunur - FOTO

BNA, Bakıda yollarda sıxlıq

© APA | BNA, Bakıda yollarda sıxlıq

# 31 may 2021 19:15 (UTC +04:00)

Hazırda Bakıda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sıxlıq müşahidə edilən küçələrdə ictimai nəqliyyat vasitələrinin hərəkətində də çətinliklər var.
Mövcud vəziyyətlə əlaqədar sürücülərə ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməmələri, daha çox ictimai nəqliyyata üstünlük verilmələri tövsiyə olunur.

Sıxlıq müşahidə olunan küçə və prospektlər:
Ziya Bünyadov prospekti - hər iki istiqamət
Heydər Əliyev prospekti (ASK arenanın qarşısından başlayaraq kənar yol şəhər istiqamətində)
Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində
Abbasqulu Ağa Bakıxanov küçəsi
28 May küçəsi
Koroğlu Rəhimov küçəsi - hər iki istiqamətdə
Abdulvahab Salamzadə küçəsi - hər iki istiqamətdə
Qələbə dairəsi və dairə ətrafında
Tbilisi prospekti - 20 Yanvar dairəsi istiqamətində

Moskva prospekti - şəhər istiqamətində


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR