Həkim: "Altsheymer xəstəliyinə qadınlarda daha çox rast gəlinir"

Həkim: "Altsheymer xəstəliyinə qadınlarda daha çox rast gəlinir"
# 19 noyabr 2021 14:44 (UTC +04:00)

“Altsheymer xəstəliyinin risk faktorları var”.

APA-nın məlumatına görə, bunu Respublika Klinik Xəstəxanasının nevroloqu Aytən Hüseynova “TƏBİB məsləhəti”ndə deyib. O bildirib ki, 65 yaşdan yuxarı şəxslərin bu xəstəliyə yoluxma riski yüksəkdir: “Lakin 65 yaşdan aşağı insanlarda da bu xəstəliyə rast gəlmək olar. Yaş faktoru birinci amildir. İkinci faktor genderdir. Sübut olunub ki, qadınlarda kişilərə nisbətən bu xəstəliyə daha çox rast gəlinir. Bu, onunla bağlıdır ki, qadınların ümumi yaşam müddəti kişilərlə müqayisədə daha çoxdur. Yəni yaşlı qadınların sayı yaşlı kişilərdən daha çoxdur”.

Həkim qeyd edib ki, 65 yaşdan aşağı yaşlı insanlarda bu, irsi xəstəlik kimi ola bilər: “Birinci dərəcəli yaxın qohumlarda bu xəstəlik olubsa, həmin şəxsdə digərlərinə nisbətən xəstəliyin aşkarlanması riski iki dəfə artıqdır. İrsi faktoru nəzərə almaq lazımdır. Şəkərli diabet xəstələrinin, hipertensiyası, kəllə-beyin travması olanların altsheymer xəstəliyinə tutulma ehtimalı yüksəkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR