Həkim: ""Delta" ştammında proses birdən-birə şiddətlənir və ağırlaşır"

Təyyar Eyvazov

© APA | Təyyar Eyvazov

# 17 noyabr 2021 15:13 (UTC +04:00)

“Koronavirusa yoluxma halında başlanğıc əlamətlər digər hava-damcı infeksiyaları ilə eynidir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 " mövzusunda çıxışında deyib.

O bildirib ki, yalnız yoxlamalardan sonra bunun koronavirus olduğu müəyyənləşir: “Həmçinin burada ağciyər zədələnməsi sürətli gedirsə, müəyyən əlamətlər artırsa, o zaman COVID-19 olduğunu bilmək olur. Bizim üçün önəmli odur ki, xəstəliyin ilk günlərində COVID aşkarlansın. Xüsusən "Delta" ştammında proses birdən-birə şiddətlənir və ağırlaşır. Bunun baş verməməsi, vaxtında aşkarlanması mütləqdir. İstənilən əlamətləri olanlara COVID xəstəsi kimi baxıb yoxlamadan keçirmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR