Həkim: "Hamilələrin kütləvi yerlərdə olması, yığıncaqlarda iştirakı yüksək riskdir"

Həkim: "Hamilələrin kütləvi yerlərdə olması, yığıncaqlarda iştirakı yüksək riskdir"
# 26 noyabr 2021 14:39 (UTC +04:00)

“Koronavirus üçün risk qrupundan olanlardan biri hamilə qadınlardır”.

APA-nın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib. O bildirib ki, koronavirus daxili orqanlarda bir sıra ağırlaşmalara səbəb olur: “Xəstəlik həm anada, həm də döldə fəsadlar yarada biləcəyinə görə hamilə qadınlar risk qrupuna aiddir”.

O qeyd edib ki, hamilə qadınlar qidalanmalarına diqqət etməli, meyvə-tərəvəzə üstünlük verməlidir: “Onların həyat tərzi daha çox müzakirə mövzudur. Hamilə qadınların kütləvi yerlərdə olması, yığıncaqlarda, toy mərasimlərində iştirakı doğru deyil, bu, yüksək riskdir”. Həkim deyib ki, koronavirus əlaməti hiss edən kimi hamilələr dərhal test verməlidir: “Cavab pozitiv olarsa, Bakıda yaşayanlar təcili tibbi yardıma xəbər verməlidir. Rayonlarda yaşayanlar isə qadın məsləhətxanasına müraciət etməlidir. Hamilə qadın koronavirusa yoluxubsa, dərhal qadından laborator müyabilər götürülür. Onun vəziyyəti qiymətləndirilir, xəstəlik hansı səviyyədədir. Bundan sonra ona dərhal müalicə başlayır. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanaya yerləşdirilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR