Həkim: "Peyvənddən sonra çimməmək məsələsi yanlışdır"

Həkim: "Peyvənddən sonra çimməmək məsələsi yanlışdır"
# 18 iyun 2021 14:30 (UTC +04:00)

“Vaksin vurdurduqdan sonra bol maye içmək, ağır fiziki işlərdən çəkinmək yetərlidir”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxışında deyib.

O bildirib ki, əhali arasında vaksin vurdurduqdan sonra əməl olunmalı qaydalarla bağlı məlumatlar bəzən yanlış olur: “Vaksin yerinə su dəyməməsi doğru məlumat deyil. Vaksin vurdurduqdan sonra xüsusi əməl olunmalı hal yoxdur. Peyvənddən sonra çimməmək məsələsi yanlışdır. Sadəcə peyvənddən bir gün öncə və sonra spirtli içkidən uzaq durmaq tövsiyə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR