Həkim: “Uşaqların cizgi filmlərinə aludəçiliyi autizm xəstəliyinin başlanğıcı ola bilər”

Həkim: “Uşaqların cizgi filmlərinə aludəçiliyi autizm xəstəliyinin başlanğıcı ola bilər”
# 25 avqust 2021 15:51 (UTC +04:00)

“Bəzi analar elə düşünür ki, cizgi filmləri uşağı inkişaf etdirir. Bu yanlışdır. 2 yaşına qədər uşaqlara isə bu, qətiyyən olmaz”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Baş pediatr bildirib ki, uşaq üçün ən əsası ana ilə vaxt keçirməsidir: “Uşaqların bu şəkildə cizgi filmlərinə aludəçiliyi autuzm xəstəliyinin başlanğıcı da ola bilər. Ümumiyyətlə, yemək yeyəndə isə uşaqların əlinə tablet, telefon verilməməlidir. Çünki uşaqlar zamanla içinə qapanır, danışmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR