Həkim: "Vaksinlər vurulmadıqda uşaqlarda qastroenteritə daha çox rast gəlinir"

Həkim: "Vaksinlər vurulmadıqda uşaqlarda qastroenteritə daha çox rast gəlinir"
# 16 iyul 2021 16:21 (UTC +04:00)

“1 yaşa qədər uşaqlara təhlükəli xəstəliklərə qarşı peyvənd vururlur”.

APA-nın məlumatına görə, bunu K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı, uzman Azər Əhmədov “Uşaqlarda gastroenteritlər” mövzusunda çıxışında deyib.

O bildirib ki, bu yaşa qədər vaksinlər tam vurulmadıqda uşaqlarda qastroenteritə daha çox rast gəlinməsi normaldır: “6 aydan aşağı uşaqlarda maye itkisi həyati vacib orqanların funksiyasını pozduğu üçün belə qruplarda vaksin vurulmasını daha çox önəmsəyiirk”.

Həkim qeyd edib ki, hər qusma, ishal qastroenterit deyil: “Bu, infeksion və qeyri-infeksion ola bilər. Evdə müdaxilə zamani ilk olaraq uşağın ishal, qusma zamanı itirdiyi maye qədər yenidən daxilə qəbul etdirmək lazımdır. Uşaq 6 ay altındadırsa, qastroemterit varsa, hər bir şəkildə həkimə müraciət edilməlidir. Daha yuxarı yaşlarda yüngül formada ilkin müdaxilə etmək olar. Qanlı ishal olarsa, vəziyyət pisləşərsə, yüksək hərarət olarsa, həkimə müraciət etmək lazımdır”.

A. Əhmədov qeyd edib ki, bu xəstəlik zamanı ishalı artıran qidalardan qaçmaq lazımdır: “Bunlar yağlı və şəkərli qidalardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR