Həkim: “Yay aylarında qidalanmaya diqqət etmək lazımdır”

Həkim: “Yay aylarında qidalanmaya diqqət etmək lazımdır”
# 23 iyul 2021 16:28 (UTC +04:00)

“Yay aylarında qidalanmaya diqqət etmək lazımdır”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva “İsti yay günlərində nəcə qidalanmalı?” mövzusunda çıxışında deyib.

O bildirib ki, xroniki xəstəliyi olanlarda daha çox problemlər olur: “Məsələn, təzyiqi, ürək qan damar xəstəliyi olanlarda su və mineralların itkisi təzyiqin artmasına, baş ağrılarına, halsızlığa və ürək getmə kimi halların meydana çıxmasına səbəb olur. Ona görə qida planları tərtib olunarkən su balansı bərpa edilməlidir. Qida rasionunda mövsümi meyvələrə üstünlük verilməlidir. Şəkər xəstəliyi olanlar isə meyvələri doğru miqdarda qəbul etməlidir”.

Həkim qeyd edib ki, sağlam qidalanma sağlam immun sistemi üçün çox önəmlidir: “Yay mövsümündə ən yaxşı protein süd məhsullarıdır. Bunlar minerallarla zəngindir və su balansının nizamlanmasına kömək edir. Gün ərzində ümumi olaraq hər kq çəki üçün 30-35 millilitr həcmində su götürülür. Məsələn, orta çəkili insan gün ərzində 2 litrə qədər su qəbul etməlidir. Bu da fiziki aktivlikdən asıldır. Fiziki aktiv insanların daha çox maye qəbul etməsi yaxşıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR