Həkim: “Zəhərlənmələrdən qorunmaq üçün zəhərlənmə yaradacaq qidaları rasionumuza daxil etməməliyik”

Həkim: “Zəhərlənmələrdən qorunmaq üçün zəhərlənmə yaradacaq qidaları rasionumuza daxil etməməliyik”
# 23 iyul 2021 16:37 (UTC +04:00)

“Zəhərlənmələrdən qorunmaq üçün zəhərlənmə yaradacaq qidaları qida rasionumuza daxil etməməliyik”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva “İsti yay günlərində nəcə qidalanmalı?” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, qidaların doğru saxlanma qaydalartına riayət etmək lazımdır: “Məsələn, bu mövsümdə salatlara üstünlük verdiyimiz zaman çalışıb mayonez, tez xarab olan məhsulları qida rasionumuza daxil etməməliyik. Zəhərlənmənin səbəbi məhsulun doğru şəkildə çatdırılmaması, kulinar işlənməməsi və doğru saxlanmamasıdır”.

Mütəxəssis deyib ki, yay aylarında südlü şirniyyatlara üstünlük verilməlidir: “Ağır, şərbətli şirniyyatlardan daha çox bunlara üstünlük verilməsi məsləhətdir. Məsələn, gün ərzində bir dondurma yemək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR