Hər məktəbdə 1000 şagirdə 1 psixoloq ştatı ayrılıb

Mehriban Vəliyeva

© APA | Mehriban Vəliyeva

# 24 iyun 2021 10:12 (UTC +04:00)

"Təhsil müəssisələrində psixoloji xidmət olduqca vacib məsələdir. Xüsusilə də son dövrlərdə psixoloji emosional vəziyyətin tənzimlənməsi gündəmdədir".

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Təhsil Nazirliyinin qanunvericiliyə uyğun olaraq hər məktəbdə hər 1000 şagirdə 1 psixoloq ştatı ayrılması barədə qərarı var. Buna uyğun olaraq yəqin ki, sentyabr ayından psixoloq ştatı vakansiyaya çıxarılacaq və təyinatlar olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR