Hərbi prokuror: “Vətən müharibəsində şəhid olanların şəxsiyyətini müəyyənləşdirmək üçün çox böyük iş aparılıb”

Xanlar Vəliyev

© APA | Xanlar Vəliyev

# 01 noyabr 2021 12:07 (UTC +04:00)

“2020-ci ildə Vətən müharibəsində bir sıra hallarda müəyyən qeydə almalar düzgün olmadığı üçün şəhid olanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin, həmçinin Daxili Qoşunların əməkdaşlarının iştirakı ilə çoxsaylı iş aparılıb”.

APA-nın məlumatına görə, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, 3000-ə yaxın şəhidin şəxsiyyətini müəyyənləşdirmək, ekspertizasını aparmaq lazım gəlib: “Onların böyük əksəriyyətinin kim olduğu bilinmirdi. Bir qismi elə xəsarətlər almışdı ki, tanınmaz hala düşmüşdü. Bununla bağlı çox böyük işlər gedib. Çox az qisim şəhid qalıb ki, onların da şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir. Dövlət başçısının tapşırığı ilə bu işə artıq Fövqəladə Hallar Nazirliyi də cəlb olunub. Bizim borcumuzdur ki, onların meyitlərinin yerini müəyyən edək, sonra da kimliklərini müəyyənləşdirərək yaxınlarına təhvil verə bilək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR