“Hərə bir qəhrəman oldu” adlı tədbir keçirilib - FOTO

“Hərə bir qəhrəman oldu” adlı tədbir keçirilib - FOTO
# 08 oktyabr 2021 11:33 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi, "YAŞAT" Fondu və Bakı Konqres Mərkəzinin dəstəyi ilə “Hərə bir qəhrəman oldu” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, tədbir I Qarabağ müharibəsi şəhidlərinin müxtəlif sahələrdə uğur qazanmış övladlarının II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları ilə görüşünü təşkil etmək, onlara mənəvi dəstək olmaları məqsədi daşıyır.

DOST Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Ruslan Mirzəyev bildirib ki, 2021-2022-ci ili əhatə edəcək layihə ilkin olaraq pilot layihə kimi Bakı, Sumqayıt, Abşeron-Xırdalan ərazisində yaşayan şəhid övladlarını əhatə edəcək. Növbəti mərhələlərdə layihənin daha geniş miqyasda keçirilməsi nəzərdə tutulur. Layihənin sonrakı mərhələsində Vətən müharibəsi şəhidlərinin övladları üçün təlimlərin təşkili, onlara peşə və karyera seçimlərində istiqamət verilməsi istiqamətində işlər həyata keçiriləcək.

Daha sonra I Qarabağ müharibəsi şəhidlərinin övladları II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları qarşısında çıxış edərək, onlara öz uğur hekayələri barədə danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR