Həssas qrupdan olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlərin sayı açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 24 iyun 2021 11:16 (UTC +04:00)

2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına 46 947 nəfər müraciət edib. Onlardan 34 035 nəfəri ali, 10 883 nəfəri orta ixtisas, 2 029 nəfəri isə peşə təhsili müəssisələrində təhsil alır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda müraciətlər üzrə müvafiq təhsil müəssisələri ilə birgə işlər aparılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə 14 milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR