Heyvanların peyvənd edilməsi ilə bağlı haqq müəyyənləşdiriləcək

Heyvanların peyvənd edilməsi ilə bağlı haqq müəyyənləşdiriləcək
# 18 iyun 2021 17:12 (UTC +04:00)

Dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi  "Baytarlıq haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, dəyişiklik heyvanların dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyən edilməsinə hüquqi əsas yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR