Hindistanın məşhur aktyoru Dilip Kumar vəfat edib

Hindistanın məşhur aktyoru Dilip Kumar vəfat edib

© APA | Aktyor, rejissor Dilip Kumar

# 07 iyul 2021 12:25 (UTC +04:00)

Hindistanın məşhur aktyoru, rejissor və kinoprodüser Dilip Kumar vəfat edib.

APA "Gazeta.ru"ya istinadən xəbər verir ki, D. Kuçar uzun sürən xəstəlikdən sonra 99 yaşında Mumbay xəstəxanasında vəfat edib.

Hindistanın Baş naziri Narendra Modi məşhur aktyorun ölümünə “Twitter” hesabında münasibət bildirib. Baş nazir qeyd edib ki, Dilip Kumar kino əfsanəsi kimi xatırlanacaq: "Ona bir çox izləyici nəslini ovsunlayan misilsiz parlaqlıq bəxş edilmişdi. Dilip Kumarın ölümü sənət dünyası üçün böyük itkidir. Ailəsinə, dostlarına və saysız-hesabsız pərəstişkarlarına başsağlığı verirəm. Nur içində yatsın”.

Qeyd edək ki, kino karyerasına 1944-cü ildə baş rolla başlayan Dilip Kumar 63 filmdə çəkilib və mətbuatda dəfələrlə “Bollivud” tarixinin ən böyük aktyoru adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR