İcbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfindəki xidmətlərin sayının 5000-ə qaldırılması təklif olunub

Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

© APA | Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

# 16 noyabr 2021 15:25 (UTC +04:00)

“2022-ci ildə büdcədə nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik illərimizin ən böyük səhiyyə xərcləridir. Azərbaycan büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisi 6%-ə çatıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Parlamentin komitə sədri qeyd edib ki, icbari tibbi sığortanın həyata keçirilməsi, pandemiyaya qarşı mübarizə üçün nəzərdə tutulan xərclərdə böyük artım var: “Ancaq çox təəssüflər olsun ki, tibb elminin, elmi tədqiqatların inkişafı üçün nəzərdə tutulan vəsait çox azdır. İcbari tibbi sığortanın həyata keçirilməsi pandemiya ilə eyni vaxta düşdü və bunun tətbiqində bir çox problemlər ortaya çıxdı. Ancaq buna baxmayaraq, ölkəmizdə icbari tibbi sığorta tətbiq edilir. Burada bir sıra problemlər də var. İlk başlayanda xidmətlər zərfinə daxil olan xidmətlərin sayı çox az idi. Hazırda bu zərfə 2500-ə yaxın xidmət daxildir. Amma bu kifayət etmir. Bu ilki büdcə və Fonda yığılan vəsaitlə xidmətlər zərfinə daxil olan xidmətlərin sayını 2 dəfə artıra bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR