İcraçı direktor: "Koronavirusun yeni ştammlarının araşdırılması üçün işlər aparılır"

İcraçı direktor: "Koronavirusun yeni ştammlarının araşdırılması üçün işlər aparılır"
# 02 iyul 2021 16:19 (UTC +04:00)

“Regionda müasir standartlara cavab verən ilk genetik laboratoriya bizim mərkəzdə qurulub”.

APA-nın məlumatına görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov “TƏBİB məsləhəti”ndə deyib.

O bildirib ki, bu laboratoriya müasir PZR cihazı ilə təmin olunub: “Pandemiya dövründə bu laboratoriyanın bütün COVID laboratoriyalarının qurulmasında müstəsna xidmətləri olub. COVID-in Britaniya ştammı bizim araşdırmalarda müəyyən olundu. Bu gün yeni ştammların araşdırılması üçün mərkəzimizdə işlər aparılır. Bunlar həm elmi səviyyədə, həm də xəstələrin yoluxduğu ştammların aşkarlanması üçün həyata keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR