İctimai nəqliyyat iyunun 28-dək həftə sonları işləməyəcək

İctimai nəqliyyat iyunun 28-dək həftə sonları işləməyəcək
# 26 may 2021 17:37 (UTC +04:00)

İyunun 28-dək həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

APA-nın məlumatına görə, bu, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda əksini tapıb.

Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR