İctimai yerlərdə aşkar edilən 6 aktiv koronavirus xəstəsi saxlanılıb

İctimai yerlərdə aşkar edilən 6 aktiv koronavirus xəstəsi saxlanılıb
# 29 noyabr 2021 09:48 (UTC +04:00)

27-28 noyabr tarixlərində polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR