İdarə rəisi: "Amnistiya Aktının icrası prosesdə heç bir boşluğa yol verilə bilməz"

“Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda dəyirmi masa

© APA | “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda dəyirmi masa

# 11 noyabr 2021 11:57 (UTC +04:00)

"Amnistiya ilə bağlı daxil olan müraciətlərdə qanunsuzluq aşkar edilərsə, aidiyyəti üzrə tədbir görüləcək".

APA xəbər verir ki, 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda dəyirmi masada Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib. Onun sözlərinə görə, bu məsələyə ciddi nəzarət tətbiq edilir: “Əməkdaşlarımız tərəfindən prosesdə heç bir boşluğa yol verilə bilməz. Belə bir durum aşkarlanarsa, həmin əməkdaşlar barəsində tədbir görüləcək”.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Ədliyyə naziri yanında İctimai komitənin üzvü Əliməmməd Nuriyev isə tədbirdə bildirib ki, Amnistiya aktlarının tətbiqində sui-istifadə halları ola bilməz. Onun sözlərinə görə, bu məsələyə Ədliyyə Nazirliyi tərəfindən ciddi nəzarət var: “Düşünürəm ki, Amnistiya aktının icrasının 4 ay müddətinə başa çatdırılması tələbi qoyulsa da, 1 ay müddətinsə proses yekunlaşacaq. Bu proses müddətində monitorinqlər aparılacaq və ictimaiyyətə məlumatlar veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR