İdarə rəisi: “Pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi müddətdə Mərkəzi Gömrük Xəstəxanasında 1600-dən çox xəstə müalicə alıb”  

Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi

© APA | Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi

# 20 noyabr 2021 09:53 (UTC +04:00)

“Pandemiya ilə mübarizədə aparmaq üçün 46 dövlət xəstəxanası açılıb”.

APA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, artıq ilyarımdır Mərkəzi Gömrük Hospitali pandemiya xəstəxanası kimi fəaliyyətə göstərir:

"Bu müddətdə 1600-dən çox xəstə Mərkəzi Gömrük Xəstəxanasında müalicə alıb. 233 pasiyent isə reanimasiya və intensiv terapiyada müalicə olunub. Ağır xəstələrin sağ qalma faizi 62.7 faiz təşkil edib.

ECMO cihazından ilk dəfə bizim hospitalda istifadə olunub. Amma bu cihazın istifadənin müəyyən göstərişləri var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR