İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda olub - YENİLƏNİB - FOTO - VİDEO

İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda

© APA | İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda

# 24 sentyabr 2021 14:46 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda Pənahəli xanın İmarət kompleksində olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyəti İmarət kompleksi, türbələrə baxış keçirib, ermənilərin törətdiyi vandallıq əməllərinin şahidi olub. Burda Ağdamın işğalı ermənilərin işğalı dövründə xanlıqlara aid türbələrin, 19-cu əsr Azərbaycan şairəsi Xurşid Banu Nətəvanın 1897-ci ildə dəfn edildiyi məzarın dağıdılması barədə məlumat verilib. Səfər iştirakçıları daha sonra Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqları ilə tanış olub. Ağdam Cümə Məscidinə gələn nümayəndə heyəti məsciddə namaz qılıb. Daha sonra Qiyaslı məscidinin qalıqları ilə tanış olublar. Səfər çərçivəsində nümayəndə heyətinə Ağdamın işğaldan əvvəlki illərdə olan fotoları da göstərilib. Səfərin sonunda onlara gələcəkdə tikiləcək Ağdam şəhərinin baş planı göstərilib.

Nümayəndə heyəti ilə birə Ağdamda olan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı APA-ya bildirib ki, artıq iki gündür ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Azərbaycanda səfərdədirlər və bu səfərin gerçəkləşməsi Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Onun sözlərinə görə, bu missiyada əsas məqsəd Azərbaycanın işğaldan azad olunmuş yerlərinə səfər etmək və həmin ərazilərdə erməni işğalçıları tərəfindən törədilmiş cinayətlərin birbaşa müşahidə edilməsi, qeyd edilməsi və sonradan hesabat formasında hazırlanaraq beynəlxalq təşkilatlara çatdırılmasından ibarətdir:

"Səfərin ilk günü nümayəndə heyəti Azərbaycan rəsmiləri il görüşüb və ümumiyyətlə, baş vermiş hadisələr, Qarabağ münaqişəsi barəsində ətraflı məlumat əldə etdilər. Bu gün artıq bilavastə faktaraşdırıcı missiyaya başlanıldı. İlk olaraq biz Ağdamın işğaldan azad olunmuş bölgələrinə səfər etdik. Təbii ki, Ağdamın girişində biz sıra kəndlərin, qəsəbələrin necə dağıdıldığını müşahidə etdik və açığı qonaqlarımız acı təəsüf hissi keçirib, dəhşətli faciənin baş verdiyinin şahidi oldular. Burada insanların mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu, bir dənə də daşın daş üstdə olmadığını müşahidə edib, burada insanların yaşamadığı qənaətinə gəldilər. Çünki insanlar mülkiyətə qarşı bu cür vəhşilik həyata keçirə bilməzlər”.

Ombudsman Aparatının rəhbəri bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının xüsusi ekspertlərindən ibarət olan nümayəndə heyəti dini etiqad azadlığının kobud şəkildə pozulmasının, dini inanclara qarşı edilən hörmətsizliyin şahidi olub: “Ümumiyyətlə, hər yerdə baş vermiş vandallıq aktlarını qiymətləndirdilər və doğurdan da dünyanın heç bir yerində belə bir halın mövcud olmadığı, heç bir müharibədə belə vəhşiliklərin törədilmədiyi qənaətinə gəldilər. Onlar haqlı olaraq Ağdamı "Qafqazın Xirosiması" adlandırdılar”.

A.Səfixanlı deyib ki, ekspertlər tərəfindən yekun olaraq toplanan video və foto faktlar hesabat formasında beynəlxalq təşkilatlara göndəriləcək.

***

12.12

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyəti ilk olaraq ANAMA əməkdaşlarının işğaldan azad olunmuş Ağdam ərazisində apardığı minatəmizləmə əməliyyatı ilə tanış olublar.

Qeyd edək ki, Ağdam şəhərində, daha sonra Tərtərdə olacaq, daha sonra Gəncəyə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR