İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri: "Ağdamda mədəni, dini abidələr vəhşicəsinə dağıdılıb"

Saeed Mohamed Abdulla Omair Alghfeli

© APA | Saeed Mohamed Abdulla Omair Alghfeli

# 24 sentyabr 2021 13:33 (UTC +04:00)

Faktaraşdırıcı missiya çərçivəsində Ağdama ilk səfərimizdir. Bu missiya çərçivəsində müşahidə etdiyimiz yerlər bizdə böyük təəssüf hissi doğurur”.

APA-nın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Ağdama səfəri çərçivəsində jurnalistlərə deyib. O bildirib ki, Ağdamdan insanların dini inanclarına qarşı, mədəni obyektlərin dağıdılmasını müşahidə ediblər:

“Bunlar hamısı fundamental insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Burada gördüklərimiz bir daha onu göstərir ki, 30 il ərzində burada mövcud olmuş mədəni, dini abidələr vəhşicəsinə dağıdılıb. Bu bir daha onu göstərir ki, müharibə insan hüquqlarının pozulmasına necə təsir göstərir. Bütün mədəni obyektlərin tam şəkildə dağıdıldığını müşahidə etdik. Azərbaycan hökumətinə xüsusi minnətdarlıq bildiririk ki, mədəni və dini obyektlərin bərpa olunması istiqamətində xüsusi plan hazırlanaraq müvafiq işlər həyata keçiriləcək”.

O qeyd edib ki, Ağdama girişdə də bəzi dağıdılmış kəndləri, qəsəbələri görüblər: “İnsanların mülkiyyət hüquqlarına da nə qədər ziyan vurulduğunu müşahidə etmiş olduq. Bu torpaqlardan məcburi köçkün vəziyyətinə düşmüş insanların nə cür sarsıntılar keçirdiklərini, hansı itkilərə məruz qaldıqlarını birbaşa öz gözlərimizlə gördük”.

Əsmər Qabil

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR