İƏT OA-nın nümayəndə heyəti Tərtərə səfər edib

İƏT OA-nın nümayəndə heyəti Tərtərdə

© APA | İƏT OA-nın nümayəndə heyəti Tərtərdə

# 17 sentyabr 2021 18:05 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtər rayonuna səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, Qarabağ müharibəsi zamanı Tərtər rayonun ermənilərin intensiv atəşinə məruz qaldığı barədə nümayəndə heyətinə məlumat verilib. Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ermənilərin Tərtəri atəşə tutması nəticəsində mülkü əhali arasında ölüm hallarının qeydə alındığını, dağıntıların olduğunu deyib. İcra başçısı bildirib ki, Tərtərin 10 kəndində 381 məzar mərmi atəşindən zərər görüb. Ümumilikdə, Vətən müharibəsi zamanı ermənilər tərəfindən Tərtər rayonuna 16277 mərmi, 20 qadağan olunmuş raket atılıb.

M. Məmmədov artıq rayonda bərpa işlərinə start verildiyini də diqqətə çatdırıb.

Daha sonra nümayəndə heyətinə mərmi düşmüş evlərin şəkilləri göstərilib.

Qeyd edək ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər şəxslər iştirak edir.

Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının məqsədi ermənilərin sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törətdiyi vandalizm aktlarının monitorinqini aparmaqdır.

Nümayəndə heyəti bundan əvvəl Şuşa və Ağdamda səfərdə olub, müfaviq monitorinqlər keçirib.

Həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR