İƏT OA-nın nümayəndə heyəti Yuxarı Gövhər Ağa məscidində namaz qılıb

İƏT OA-nın nümayəndə heyəti Yuxarı Gövhər Ağa məscidində namaz qılıb

© APA | İƏT OA-nın nümayəndə heyəti Yuxarı Gövhər Ağa məscidində namaz qılıb

# 16 sentyabr 2021 16:48 (UTC +04:00)

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya faktaraşdırıcı missiya çərçivəsində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib.

APA-nın əməkdaşı xəbər verir ki, nümayəndə heyəti məscidə baxış keçirib. Onlar namaz qılıb və dualar ediblər.

Qeyd edək ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR