İƏT Ombudsmanlar Assosiasiyası Baş katibinin müşaviri: "Şuşada dağıdılmış dini, mədəni abidələri gördük, bu, dəhşətlidir"

Muhammed Caved Qane

© APA | Muhammed Caved Qane

# 18 sentyabr 2021 11:53 (UTC +04:00)

"Biz işğaldan azad olunan Şuşa və Ağdama, eyni zamanda Tərtərdə səfər etdik. Çoxlu minalanmış əraziləri gördük. Şuşaya daxil olanda dağıdılmış dini, mədəni abidələri görmək dəhşətli idi. Eyni zamanda, muzeylərin, məscidlərin dağıdılmasının şahidi olduq".

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş katibinin müşaviri Muhammed Caved Qane bildirib. Onun sözlərinə görə, Ağdamda da eyni vəziyyəti müşahidə ediblər: “Ora tamamilə dağıdılmış şəhərdir. Orada dini məqbərələri ziyarət etdik, bu məqbərələr də tamamilə dağıdılıb. Şəhərə daxil olanda artıq başa düşülür ki, bura yaşayış üçün əlverişli deyil, tamamilə dağıdılıb.

Tərtərə səfərimiz zamanı isə müharibə zamanı sivil obyektlərə olan hücum nəticəsində binaların dağıdılmasının, qadağan olunmuş silahlardan istifadə olunmasını və həmin raketin qalığını orada gördük. Raket hücumları nəticəsində dağıdılan evlərə baş çəkdik. Əsas çətinliklərdən biri minalardır. Biz topladığımız faktları hazırlayacağımız hesabatda qeyd edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR