İl ərzində peşə hazırlığına cəlb edilənlərin sayı 30 minə qədər artırılacaq

Sahil Babayev

© APA | Sahil Babayev

# 11 noyabr 2021 16:58 (UTC +04:00)

“33 min qazi, şəhid ailəsinə 41 mindən çox xidmət göstərilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 10 min qazi və şəhid ailəsi işə cəlb edilib: “Əsas problemimiz ixtisaslı şəxslərin müəyyən edilməsi ilə bağlıdır. “Məşğulluq marafonu”nda 3000 vakansiyamız var. Marafona özəl sektordan təklif edilən işlərdə orta əməkhaqqı 500 manatın üzərindədir. Lakin istənilən əməkhaqqı gözləntisi 1000 manatdan çoxdur. İxtisaslı işçi qüvvəsinin yaradılması da hökumət olaraq bizim üzərimizə düşür. İnsanların 80%-i ali təhsil almadan əmək bazarına daxil olur. ƏƏSMN tərəfindən il ərzində peşə hazırlığına cəlb edilənlərin sayının 30 minə qədər artırılması nəzərdə tutulur. Bu işlər görülərsə, əmək bazarına ixtisaslı işçi qüvvəsini cəlb edə bilərik. Əmək müqaviləsi ləğv olunandan sonra yenidən əmək müqaviləsi bağlayanların 95 %-i ixtisaslı işçi qüvvəsidir. Lakin işə qəbul olunmayanların 90 %-i ixtisaslı işçi olmayanlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR