İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB

İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB
# 10 iyun 2021 17:11 (UTC +04:00)

İlin ilk Günəş tutulması hadisəsi başa çatıb.

APA-nın məlumatına görə, tutulma saat 12:12:15-də başlayıb və 4 saat 59 dəqiqə davam edib. Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunub.

Təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

Qeyd edək ki, 2-ci Günəş tutulması 2021-ci ilin 4 dekabrında baş verəcək.

***

12:12

Bu ilin ilk Günəş tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən məlumata görə, bu tutulma həlqəvari Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR