İlin sonuna kimi qazi və şəhid ailələrinə 3000 mənzil təqdim olunacaq

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev

© APA | Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev

# 11 iyun 2021 11:55 (UTC +04:00)

“Bu il ölkə başçısının birbaşa tapşırığı ilə 3000 mənzil və fərdi ev şəhid ailələri və əlilliyi olan şəxslərə veriləcək”.

APA-nın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev “Sosial saat”da deyib.

O bildirib ki, bunlardan 450-si bölgələrdə fərdi ev tikintisi olacaq: “Bak, Sumqayıt və Abşeronda isə mənzillər veriləcək. Artıq bu evlərdən 500-ü verilib. Ümumilikdə isə 9700 mənzil və fərdi ev şəhid ailəsi və müharibədə əlilliyi müəyyən edilmiş şəxslərə verilib. Bu proses sürətlə davam edir. İlin sonuna kimi 3000 mənzil və fərdi ev təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR